ABŞ müharibənin davam etməsində maraqlıdır Böyük Britaniya həlledici dövlət olacaq KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
“Rusiya – Ukrayna müharibəsi yaz aylarında danışıqlar prosesinə keçə bilər. ABŞ prezidenti Donald Tramp müharibənin dayandırılması istiqamətində ciddi addımlar atmayacaq. Rusiya mart ayına kimi yeni ərazilər ələ keçirmək üçün hücum əməliyyatlarını intensivləşdirəcək”.
KONKRET.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Avropa ölkələrinin gələn ildən Ukraynaya döyüşçülər göndərməsi istiqamətində konsensusa gəlməsi gözlənilir:
“Müharibə Rusiyanın üstünlüyü ilə davam edəcəksə, Avropa ölkələrinin təhlükəsizliyi təhdid altında olacaq. Avropa ölkələri Trampın Ukrayna siyasətindən narahatdır. Əgər Vaşinqton Ukraynaya lazımi hərbi dəstək göstərməsə, Avropa İttifaqı ilə ABŞ münasibətləri zəifləyəcək. Ukrayna müharibəsində həlledici dövlət Böyük Britaniyadır. Avropa ölkələrinin Ukrayna müharibəsi ətrafında vahid şəkildə birləşməsinə London mühüm addımlar atması gözlənilir. Bu da Rusiya üçün ciddi nəticələri olacaq. ABŞ-nin formalaşdırdığı “Ramştaym” formatı özünü doğrultmadı. 50-dən çox ölkəni birləşdirən Ramştaym formatı Vaşinqtonun layihəsi idi. ABŞ Ukraynada müharibənin davam etməsində maraqlıdır. Ona görə də ABŞ müharibənin dondurulması istiqamətində addımlar atması istisna deyil. Böyük Britaniya Ukrayna müharibəsində yeni rol alacaqsa, Rusiyanın məğlubiyyəti qaçılmaz ola bilər”.
Məlik,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 15 Noyabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















