ABŞ müttəfiqləri ilə dezinformasiyaya qarşı mübarizədə əməkdaşlığa son qoyub
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ administrasiyası Avropa ölkələrinə xəbərdarlıq edib ki, o, digər dövlətlərdən gələn dezinformasiyaya qarşı mübarizədə birgə səylərdə iştirakını dayandırır.
"Report"un xəbərinə görə, bu barədə "Financial Times" (FT) adı açıqlanmayan üç avropalı məmura istinadən yazıb.
Məlumata görə, Aİ ölkələri Dövlət Departamentindən ötən həftə Cozef Baydenin əvvəlki administrasiyası dövründə imzalanmış anlaşma memorandumlarına xitam verdiyi barədə bildirişlər alıb.
Nəşr vurğulayıb ki, bu razılaşmalar xarici dövlətlər tərəfindən xaos yaratmaq məqsədi ilə yayılan zərərli məlumatların müəyyən edilməsi və ifşası üçün əlaqələndirilmiş yanaşmanın işlənib hazırlanmasına yönəlib.
2024-cü ilin dekabrında Dövlət Departamenti diplomatik strukturun bir hissəsi olan və xarici siyasət təbliğatının əsas vasitələrindən olan Qlobal Qarşılıqlı Mərkəzini bağlayıb.
Mərkəzin keçmiş koordinatoru Ceyms Rubin bu addımı Rusiya və Çinə qarşı informasiya müharibəsində birtərəfli tərksilah aktı adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 08 Sentyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















