ABŞ NATO dan çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirir TRAMP
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ABŞ-ı NATO-dan çıxara biləcəyini deyib.
O, bu barədə "The Telegraph"a bildirib.
Tramp bunu ciddi şəkildə düşündüyünü qeyd edib.
Tramp NATO-nu “kağız pələng” adlandırıb.
“Mən heç vaxt NATO-dan təsirlənməmişəm. Onların “kağız pələng” olduğunu həmişə bilirdim. Yeri gəlmişkən, Putin də bunu bilir”, - Tramp qeyd edib.
Tramp NATO müttəfiqlərinin Hörmüz boğazının açılmasına yardım göstərməmələrinə inanmağın çətin olduğunu deyib. “Buna inanmaq çətindir. Mən çox təkid etmədim. Düşünürəm ki, bu avtomatik olaraq baş verməlidir. Biz Ukrayna da daxil olmaqla, bir çox məsələlərdə NATO-nun yanında idik. Ukrayna bizim problemimiz deyildi, amma həmişə NATO-ya dəstək göstərmişik. Onlar isə bizə kömək etmədilər”, - Tramp qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 01 Aprel 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















