ABŞ ni bizə qarşı aqressivləşdirmək üçün nəsə hazırlayırlar...” Lavrov
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
“NATO qüvvələri heç bir şəkildə Ukraynada ola bilməz”
“NATO qoşunlarının Ukrayna ərazisində istənilən bayraq altında, istənilən vəzifədə, o cümlədən sülhməramlı qüvvələr kimi yerləşməsi Rusiya üçün təhlükədir”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov blogerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində deyib.
Nazir vurğulayıb ki, Rusiya heç bir halda NATO ölkələrinin Ukrayna ərazisində olmasını qəbul etməyəcək.
Onun sözlərinə görə, Ukrayna böhranı kontekstində Rusiya insanların həyatını təhlükəyə atacaq kompromisdən qaçmaq üçün nə edəcəyini bilir: “Ukrayna 1991-ci il sərhədlərini qoruyub saxlayacaqdı, təbii ki, Krım və Donbasla bağlı əməkdaşlıq edib öz təşəbbüslərini həyata keçirsəydi. Avropa və Britaniya Ukrayna ətrafında münaqişənin davam etməsini istəyir, ABŞ-ni Rusiyaya qarşı aqressiv hərəkətlərə sövq etmək üçün “nə isə hazırlayırlar”.
Lavrov vurğulayıb ki, nüvə gücləri olan Rusiya və ABŞ bir-birinə qışqırmamalı, danışıqlar masası arxasında ünsiyyət qurmalıdırlar: “Rusiya və ABŞ-ın maraqları heç vaxt eyni olmayacaq, hətta 50% üst-üstə düşə bilməzlər”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 12 Mart 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















