ABŞ nin 20 ştatı Donald Trampa qarşı məhkəmə iddiası qaldırıb
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Kaliforniya başda olmaqla 20 ştat ABŞ Prezidenti Donald Trampın Administrasiyasına qarşı məhkəməyə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə Kaliforniya ştatının baş prokuroru Rob Bontanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Kaliforniyanın baş prokuroru Rob Bonta bu gün bir neçə ştatdan ibarət koalisiyaya rəhbərlik edərək ABŞ Səhiyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb. İddia Daxili Təhlükəsizlik Nazirliyinə, o cümlədən, Miqrasiya Xidmətinə (ICE) vətəndaşların şəxsi tibbi məlumatlarına məhdudiyyətsiz giriş icazəsi verilməsi qərarına etiraz məqsədi daşıyır.
İddiada qeyd olunur ki, bu cür kütləvi məlumat ötürülməsi ABŞ-nin məxfilik qanunlarını pozur və insanları zəruri tibbi yardıma müraciət etməkdən çəkindirə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 02 İyul 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















