ABŞ nin 5 milyon dollar mükafat təklif etdiyi narkokartel lideri Meksikada saxlanılıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Meksika hakimiyyəti "Los Reyes" narkotik kartelinin rəhbəri, "Ponço" ləqəbi ilə tanınan Alfonso Fernandes Maqallonun saxlanıldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Excelsior" qəzeti məlumat yayıb.
Bildirilib ki, Maqallon Meksika ordusunun keçirdiyi əməliyyat nəticəsində Miçoakan ştatında tutulub.
ABŞ hakimiyyət orqanlarının məlumatına görə, o, ən çox axtarılan cinayətkarlardan biri olub və onun saxlanılmasına səbəb olacaq məlumat üçün Vaşinqton tərəfindən 5 milyon dollar mükafat təyin edilmişdi. Məlumatda qeyd olunur ki, "Los Reyes" karteli 2019-cu ildən etibarən ABŞ-nin Tennessi ştatında narkotik vasitələrin yayılması ilə məşğul olub.
İstintaq materiallarına əsasən, Maqallon kartelin ABŞ-yə narkotik qaçaqmalçılığı fəaliyyətində mühüm rol oynayıb. Onun Kolumbiyadan Miçoakan ştatına kokain daşıyan təyyarələrin istifadə etdiyi uçuş-enmə zolaqlarına nəzarət etdiyi bildirilir.
Kartel rəhbərinin saxlanılmasından sonra cinayətkar qruplaşmanın üzvləri Miçoakan ştatının Los Reyes və Periban bələdiyyələrində yolları bağlayıb, həmçinin bir neçə avtomobili yandırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 03 Avqust 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















