ABŞ nin Avropa İttifaqına qarşı əsassız tariflərinə cavab çox qəti olacaq
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
ABŞ-nin Avropa İttifaqına (Aİ) qarşı əsassız tariflərinə cavab çox qəti olacaq.
Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen bildirib.
"ABŞ-nin Avropa polad və alüminium ixracatına tariflər tətbiq etmək qərarından dərin təəssüf hissi keçirirəm. Tariflər vergilərdir, bu isə biznes üçün pis, istehlakçılar üçün daha pisdir", - o qeyd edib.
AK sədri vurğulayıb ki, Avropa İttifaqına qarşı əsassız tariflər cavabsız qalmayacaq:
"Onlar qəti və mütənasib əks tədbirlərə səbəb olacaq. Avropa İttifaqı öz iqtisadi maraqlarını qorumaq üçün hərəkət edəcək. Biz işçilərimizi, biznesimizi və istehlakçılarımızı qoruyacağıq".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına 25 faiz gömrük rüsumunun tətbiqi barədə sərəncam imzalayıb. Bu sərəncamdan əvvəl Aİ tərəfindən bildirilmişdi ki, ABŞ Avropa mallarına rüsumlar tətbiq edərsə, ABŞ-nin ən böyük İT şirkətlərinə qarşı cavab tədbirləri görüləcək.
///Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 11 Fevral 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















