Icma.az
close
up
RU
ABŞ nin Bakıdakı səfiri Mark Libbi vidalaşdı: Ən unudulmaz təəssüratı Azərbaycan xalqı bəxş etdi

ABŞ nin Bakıdakı səfiri Mark Libbi vidalaşdı: Ən unudulmaz təəssüratı Azərbaycan xalqı bəxş etdi

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ABŞ-ni Azərbaycanda təmsil etmək böyük şərəf və imtiyazdır".

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin Bakıdakı səfiri Mark Libbinin vida məktubunda bildirilir.

Vəzifəsindən istefa verən diplomat qeyd edib ki, Azərbaycanı ölkəyə dərin minnətdarlıq hissi və müştərək səylərin gələcəyinə dair nikbinliklə tərk edir.

Səfirin sözlərinə görə, ölkədə qısa müddət qalmasına baxmayaraq, diplomatik missiya mühüm işlər görüb və həyat yoldaşı ilə birlikdə Azərbaycanın gözəlliklərindən tam şəkildə həzz almağa vaxt çatdıra bilib.

"Biz Danusya ilə birlikdə Azərbaycanın başdan-ayağa hər yerini gəzdik, dağlara qalxdıq, çölləri keçdik və dənizdə çimdik. Qədim və müasir məbədləri, sinaqoqları və məscidləri ziyarət etdik, tarixdən əvvəlki petroqliflərə heyran qaldıq, xalçaçıların və heykəltaraşların gözümüzün qabağında necə möcüzələr yaratdığına tamaşa etdik, ən ləzzətli yeməklərdən həzz aldıq ki, onlardan bəziləri dünyasəviyyəli restoranlarda yüksəksəviyyəli aşpazlar tərəfindən hazırlanmışdı, bəziləri isə vəhşi təbiətdə ocaq üstündə bişirilmişdi.

Lakin bizdə ən çox təəssürat yaradan təbiət, yemək və ya sənətkarlıqdan çox, Azərbaycan xalqı oldu. Nizami Gəncəvidən tutmuş "Ell & Nikki"yə qədər, Vəcihə Səmədovadan tutmuş şef aşpaz Təvəkkülə qədər, Zeynalabdin Tağıyevdən tutmuş AZAL-ın 8243 saylı reysinin qəhrəman heyətinə qədər.

Azərbaycanlılar əfsanəvi cəsarət, yaradıcılıq, dözümlülük və qonaqpərvərliyin təcəssümüdürlər. Buna görə də biz ən çox Azərbaycan xalqı üçün darıxacağıq. Mən onlara hər şeyin ən yaxşısını arzulayıram, çünki onlar daha azına layiq deyillər", - deyə Mark Libbi bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Yanvar 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri