Icma.az
close
up
RU
ABŞ nin Bakıya səfir təyinatı ləngiyir səbəb

ABŞ nin Bakıya səfir təyinatı ləngiyir səbəb

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Yenə ermənipərəstlər mane olur?

“ABŞ Cənubi Qafqazın potensialını reallaşdırmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir”. 

Bu barədə ABŞ səfirliyinin ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupunun ilk görüşünə dair məlumatında qeyd edilib.

“Dekabrın 19-da ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın 8 avqust tarixində keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ölkələrimizin ikitərəfli işçi qrupunun ilk iclası çərçivəsində bir araya gəldilər. Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla, iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə etdik. ABŞ prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir”, - məlumatda bildirilib.

Bu fakt iki ölkə arasında əlaqələrin Donald Tramp dönəmində həqiqətən yüksəlişdə olduğunu bir daha sübut edir. Ancaq maraqlıdır ki, Bakıda səfirin yeri az qala bir ildir boşdur (sonuncu səfir Mark Libbi bu ilin yanvarında xəstəlik səbəbi ilə ölkəmizi tərk edib). 

Bəs yeni elçinin təyinatı niyə gecikir və daha nə qədər uzana bilər? 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirib ki, ABŞ Azərbaycanın Cənubi Qafqazda rolunu yüksək qiymətləndirir: “Həmçinin Azərbaycanın Avropa üçün enerji təhlükəsizliyində oynadığı rol, qlobal təhlükəsizliyə verdiyi töhfə şübhəsiz ki, yüksək dəyərləndilir. Donald Trampın hakimiyyətə gəlməsindən sonra isə ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Xüsusilə 8 avqust Vaşinqton razılaşmaları və Ağ Evdə əldə olunan tarixi anlaşmalar bunu deməyə əsas verir. Lakin maraqlıdır ki, ABŞ-nin Azərbaycanda səfir yeri hələ də boşdur. Rəsmi tədbirlərdə səfirliyin müvəqqəti işlər vəkili səfirin funksiyalarını yerinə yetirir. Amma çox yaxşı olardı ki, ABŞ Azərbaycanda fövqəladə və səlahiyyətli səfir qismində təmsil olunsun”. 

Ekspertin sözlərinə görə, əvvəlki dövrləri xatırlasaq deyə bilərik ki, ABŞ Konqresində ermənipərəst dairələrin fəaliyyəti nəticəsində Azərbaycan üçün məqbul və razılaşdırılmış xüsusi elçi kimi göndərilən şəxslərin müzakirəsi zamanı bir sıra problemlər yaranırdı: “Biz bunu uzun illər ərzində görmüşük, Frenk Pelloni, Adam Şhif kimi ermənipərəst qüvvələr daim Azərbaycana təyin olunan səfirin təyinatına mane olmaq üçün ən müxtəlif maneələr yaradırdılar. Bu gün isə hesab edirəm ki, belə bir maneə olmamalıdır. Konqresdə çoxluq onsuz da Respublikaçılar tərəfdədir. Amma ortada dediyim maneələr olmasa da, təəssüflər olsun ki, səfir təyinatı hələ də reallaşmayıb. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq. Bizə ABŞ ilə əlaqələrin qurulması strateji əhəmiyyət kəsb edir. TRIPP marşrutu da daxil olmaqla, bir sıra regional layihələrin icrasında ABŞ-nin siyasi dəstəyinə ehtiyac var”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Dekabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri