ABŞ nin Benqazidəki konsulluğuna hücum edən şəxs saxlanılıb
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücumda şübhəli bilinən şəxs saxlanılıb.
Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Pem Bondi bildirib.
"Federal Təhqiqat Bürosu (FTB) Benqazidəki hücumun əsas iştirakçılarından birini saxlayıb. Zubəyr Əl-Bakuş ABŞ-yə ekstradisiya olunub və ona qarşı qətl, qəsdən yandırma, terrorçuluq ittihamları irəli sürüləcək", - Bondi deyib.
Qeyd edək ki, 2012-ci il sentyabrın 11-də baş vermiş hadisədə dörd amerikalı hərbçi həlak olub. Bunun ekstremistlər tərəfindən törədilmiş hücum olduğu müəyyən edilib. Onlardan bəziləri "Əl-Qaidə"yə aid qruplarla əlaqəli olublar. Daha əvvəl hücumda iştirakına görə iki nəfər həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 06 Fevral 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















