ABŞ nin BMT yə olan borcunun məbləği açıqlanıb
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin BMT-yə olan borcunun ümumi məbləği 2,8 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, bu barədə BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq bildirib.
“Əsas büdcəni, sülhməramlı missiyaların və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir”, - deyə o, jurnalistin müvafiq sualını cavablandırıb.
Ən sərfəli kredit üçün müraciət etHaqın sözlərinə görə, Birləşmiş Ştatlar bu məbləğin 1,5 milyard dollarını BMT-nin əsas büdcəsinə köçürməlidir.
O həmçinin xatırladıb ki, dünya təşkilatının təsdiq edilmiş qaydalarına əsasən, əgər ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə tələb olunan töhfələrin məbləğindən artıq olarsa, ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üçün müntəzəm büdcəsi 3,72 milyard dollardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 22 Yanvar 2025 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















