ABŞ nin Dəməşqdəki səfirliyi yenidən fəaliyyətə başladı
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ uzun fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyini yenidən açıb.
Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və eyni zamanda Türkiyədəki səfiri Tomas Barak Suriya xarici işlər naziri Əsəd əl-Şibani ilə birlikdə ABŞ səfirinin Dəməşqdəki rəsmi rezidensiyasının açılışını həyata keçirib.
Bu barədə məlumatı Suriya dövlət informasiya agentliyi SANA yayıb.
ABŞ səfirliyinin yenidən fəaliyyətə başlaması regionda diplomatik dinamikanın dəyişməsi və Vaşinqtonla Dəməşq arasında münasibətlərdə ehtiyatlı yaxınlaşma ehtimalı kimi qiymətləndirilir.

İspaniyanın Dəməşqdəki səfirliyi fəaliyyətə başladı
16 Yanvar 2025 17:06
Qətərin Dəməşqdəki səfirliyi sabahdan fəaliyyətə başlayacaq
16 Dekabr 2024 12:22
13 il sonra Azərbaycanın Dəməşqdəki Səfirliyi fəaliyyətə keçdi
17 Fevral 2025 18:21
Dəməşqdəki İran səfirliyi dağıdıldı
08 Dekabr 2024 13:11

