ABŞ nin dəniz blokadasına baxmayaraq Tehran neftdən bu qədər QAZANIB ŞOK MƏBLƏĞ
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
“Bloomberg” agentliyi gəmiçilik məlumatlarını təhlil edən şirkətlərə istinadən bildirir ki, İran ABŞ sanksiyalarına baxmayaraq, hələ də öz neftini ixrac etmək imkanına malikdir.
Turkustan.az xəbər verir ki, enerji məlumatlarının analizi ilə məşğul olan “Vortexa” şirkətinin hesabatına əsasən, ABŞ ordusunun tətbiq etdiyi dəniz blokadası başladığı vaxtdan bəri onlarla gəmi bu məhdudiyyətlərdən yan keçməyi bacarıb.
Məlumata görə, İranla əlaqəli 19 neft tankeri mühasirə zonasını keçərək Fars körfəzini tərk edib.
Eyni zamanda, 15-ə yaxın tanker Ərəb dənizindən İran istiqamətinə hərəkət edərək körfəzə daxil olub. Bölgədən çıxan gəmilərdən ən azı 6-nın ümumi həcmi 10.7 milyon barel olan xam neft yükü daşıdığı təsdiqlənib.
İqtisadi hesablamalar göstərir ki, daşınan bu yüklərin ümumi dəyəri təxminən 910 milyon dollar civarındadır.
Bu göstəricilər ABŞ-ın dənizdəki hərbi nəzarət cəhdlərinə baxmayaraq, Tehranın neft ticarətini effektiv şəkildə davam etdirdiyini nümayiş etdirir./Musavat.com.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 22 Aprel 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















