“ABŞ nin dəniz blokadasını qıracağıq” Xameneinin müşaviri
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
SEPAH-ın keçmiş komandanı və İranın ali rəhbərinin müşaviri Möhsün Rzayi ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasını sərt tənqid edib.
Rzayi bildirib ki, Tramp blokadanın müharibənin davamı olduğunu anlamasa belə, “dünyanın hərbçiləri bunu yaxşı bilir və sadəcə döyüş meydanı səssiz qalıb”.
Onun sözlərinə görə, blokadanın uzadılması yalnız İrana deyil, dünya ölkələrinə də ciddi ziyan vurur:
“İranın dəniz blokadasını nə qədər uzadarlarsa, dünya ölkələrinə dəyən ziyan bir o qədər çox olacaq. Səbrimizin bir həddi var və Silahlı Qüvvələr özlərini hazırlayırlar”.
Rzayi qeyd edib ki, Hörmüz boğazı ticarət üçün açıqdır, ancaq hərbi əməliyyatlar üçün açıq olmayacaq. O, yaxın günlərdə yeni eskalasiya ehtimalına da toxunaraq ABŞ-nin “çıxılmaz vəziyyətdə” olduğunu və Amerika ordusunun cənub sahilinə giriş planlarının yüksək risk daşıdığını bildirib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 May 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















