ABŞ nin enerji layihələrinə 200 milyard yatıracaqlar
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Cənubi Koreya ABŞ-nin enerji layihələrinə 200 milyard dollar yatıracaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, investisiya paketinə Texasda 6 giqavat gücündə elektrik enerjisi istehsalı qurğusunun, 8 yeni irimiqyaslı nüvə elektrik stansiyasının və Alyaskada mayeləşdirilmiş təbii qaz (LNG) boru kəmərinin tikintisi daxildir.
“Amerika tarixində ən böyük enerji infrastrukturu investisiyalarından birini elan etməkdən məmnunuq”, - Tramp deyib.
ABŞ Prezidenti bildirib ki, investisiya paketi ölkənin enerji təchizatı zəncirinin təhlükəsizliyinin gücləndirilməsi, enerji sektorundakı mövqeyinin möhkəmləndirilməsi və Cənubi Koreya ilə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addımdır.
Tramp Cənubi Koreyanın ticarət razılaşması çərçivəsində ABŞ-yə yüz milyardlarla dollar sərmayə yatırmaq öhdəliyi götürdüyünü, bunun müqabilində isə ölkəyə tətbiq edilən tariflərin azaldıldığını xatırladıb.
Tramp Texasda tikilməsi planlaşdırılan təbii qaz qurğusunun dünyada indiyədək inşa edilmiş ən böyük obyektlərdən biri olacağını bildirib.
Onun sözlərinə görə, ABŞ-də tikilməsi nəzərdə tutulan 8 yeni nüvə reaktoru ölkənin qlobal nüvə enerjisi istehsalındakı mövqeyini daha da gücləndirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 01 Oktyabr 2026 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















