ABŞ nin hərbi nəqliyyat təyyarəsi Avropa üzərində həyəcan siqnalı VERDİ
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-yə məxsus hərbi-nəqliyyat təyyarəsi Avropa üzərində uçuş zamanı həyəcan siqnalı verib.
Redaktor.az xəbər verir ki, bu barədə uçuşları izləyən “Flightradar24” xidmətindəki məlumatlara istinadən bildirilir.
Məlumata görə, təyyarə Almaniyadakı Şpandaleм aviabazasından havaya qalxıb və Egey dənizi üzərində istiqamətini dəyişib. Daha sonra geri qayıtmağa başlayıb və Çexiya ərazisi üzərindən uçub.
Təyyarə Squawk 7700 qəza kodunu aktivləşdirib. Bu kod adətən bortda ümumi fövqəladə vəziyyət yarandıqda istifadə olunur. Bununla belə, sözügedən siqnalın verilməsi hər zaman təyyarənin qəzaya uğramaq təhlükəsi ilə üzləşdiyi anlamına gəlmir.
Qeyd edək ki, daha əvvəl “Swiss International Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi də Atlantik okeanı üzərində həyəcan siqnalı verib. Təyyarə ekonom sinifdə kəskin qoxunun yaranması səbəbindən Portuqaliyadakı Laeş hava limanına yönləndirilib və orada təhlükəsiz şəkildə eniş edib.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 25 Avqust 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















