Icma.az
close
up
RU
ABŞ nin Hörmüzü blokadaya alması effekt vermir AÇIQLAMA

ABŞ nin Hörmüzü blokadaya alması effekt vermir AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"ABŞ və İran arasında davam etməkdə olan münaqişə, qeyri-müəyyən müddətlik “dondurulmuş mərhələyə” keçib. İslamabad danışıqlarının birinci raundunun uğursuz nəticələnməsindən sonra hər kəsi maraqlandıran əsas sual bu idi: bu atəşkəs nə qədər davam edəcək və tərəflər arasında danışıqlar prosesi bundan sonra hansı formada inkişaf edəcək?
Hal-hazırkı mövcud vəziyyət onu göstərir ki, İran bu danışıqların aparılmasına maraqlı deyil. Çünki mövcud status-kvo vəziyyəti İranı qane edir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.

Onun sözlərinə görə, İran uzun müddət ABŞ və İsrail hərbi qüvvələri tərəfindən ciddi hücumlara məruz qalıb və bu hücumlar böyük infrastruktur dağıntılarına səbəb olub, indi isə İranın bu infrastrukturu bərpa etmək imkanı var:

"Mövcud fasilə İran üçün həmin boşluqları doldurmaq və idarəetməni gücləndirmək imkanı yaradır. Bu baxımdan prosesin dondurulması İran üçün çox əlverişlidir. ABŞ baxımından isə vəziyyət fərqlidir. ABŞ atəşkəsdən və İslamabad danışıqlarının uğursuzluğundan sonra Hörmüz boğazını blokadaya aldığını elan etdi. Lakin faktiki olaraq bu blokada tam effekt vermir, çünki İran yenə də öz ticarət gəmilərini oradan keçirə bilir. Beləliklə, İran coğrafi üstünlüklərindən istifadə etməkdə davam edir ki, bu da ABŞ üçün əlavə çətinlik yaradır".

Politoloq əlavə etdi ki, ABŞ münaqişənin diplomatik yollarla həllinə və yekun razılaşmanın əldə olunmasına daha çox maraq göstərir:

"Xüsusilə Donald Tramp tərəfindən İrana dəfələrlə vaxt verilməsi və bu müddətin qısa zaman ərzində nəticələndirilməsi tələbi bunu göstərir. Son olaraq Trampın İrana danışıqlara qayıtmaq üçün verdiyi müddət 3 gün idi və bu müddət bu gün tamamlanır. Tramp bildirmişdi ki, əgər İran bu müddətdə danışıqları bərpa etməzsə, onun neft infrastrukturu ciddi hücumlara məruz qala bilər.
Eyni zamanda dünya mediyasında yayılan məlumatlara görə, ABŞ mümkün hərbi əməliyyatlara hazırlaşır. İranın xüsusilə İslamabad danışıqları çərçivəsində Qalibafı öz vəzifəsindən uzaqlaşdırması, ABŞ-yə qarşı kəskin mövqeyin növbəti ifadəsi idi. Faktiki olaraq, SEPAH-ın ciddi təsiri altında olan idarəetmədə ABŞ ilə diplomatik “yumşalma” olması gözlənilən deyil".

Müsahibimizin fikrincə, bundan sonrakı proses iki əsas ssenari üzrə inkişaf edə bilər:

"Birincisi, verilən müddətin bitməsi ilə hərbi əməliyyatların yenidən başlanması və münaqişənin yenidən eskalasiyası, ikincisi, Donald Trampın yenidən diplomatik vasitələrdən istifadə etməsi, yəni ABŞ-nin diplomatik yolu yenidən sınaması və İrana əlavə vaxt verməsi. Belə olan halda İran əlavə vaxt qazanaraq öz müdafiə imkanlarını gücləndirə və mümkün hücumlara daha hazırlıqlı ola bilər".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 May 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri