ABŞ nin İrana bu tarixdə hücum edəcəyi gözlənilir
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
“İranın bu cümə gününə qədər vaxtı var, hansısa bir anlaşma olmasa, çox güman, cümədən şənbəyə keçən gecə müharibə yenidən alovlanacaq və münaqişəyə Körfəz ölkələri də birbaşa daxil olacaqlar”.
“Cebheinfo.az” xəbər verir ki, bunu REAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, İranda müharibənin bitməsini istəməyən, yenicə güc, nüfuz və təsir mexanizmləri qazanan, bu gücün də maddi üstünlük gətirdiyini aydın hiss edən zümrə formalaşıb:
“Onlar gərginlikdən bəslənirlər, çünki münaqişə bitsə, daim etiraz potensialı diri, orta ağıl səviyyəsi yüksək İran xalqının müxtəlif çətin suallarına cavab verməli, batan iqtisadiyyatla bağlı problemləri həll etməli olacaqlar, bunu yaxşı anlayırlar.
Amma, daimi gərginlik olmur, bunu anlayırlarsa da, qəbul etmək istəmirlər, çünki münaqişədən çıxış strategiyaları yoxdur...”
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 18 May 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















