Icma.az
close
up
RU
ABŞ nin İrana müdaxiləsi: Etnik dövlətlər yaratmaq ssenarisi də var MÜSAHİBƏ

ABŞ nin İrana müdaxiləsi: Etnik dövlətlər yaratmaq ssenarisi də var MÜSAHİBƏ

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Politoloq Zərdüşt Əlizadə Teleqraf-a ABŞ-nin İrana mümkün müdaxiləsi və bu ölkədə baş verənlərin regiona təsirlərindən danışıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Zərdüşt bəy, ABŞ-nin İrana hərbi müdaxilə edəcəyi ilə bağlı informasiyalar hər ötən gün daha da çoxalır. Hazırkı şəraitdə bu ehtimalı necə dəyərləndirmək olar?

- ABŞ və İsrailin bölgə ilə bağlı məqsədi indi hamı üçün tam aydındır. Ağ Evin dünya üzrə strateji planı ondan ibarətdir ki, bir çox mühüm xammal mənbələri üzərində nəzarəti təsbit etmək mümkün olsun. Bunun vasitəsi ilə dolların ehtiyat valyuta kimi dünya ağalığını möhkəmləndirmək niyyəti də mövcuddur. Venesuelaya həmlə nəticəsində bu ölkənin neft, enerji sistemini əlində cəmləşdirən ABŞ Yaxın Şərq neftini isə İsrail vasitəsi ilə nəzarətdə saxlayır. İranı da ona görə vurmaq istəyir ki, onun nefti üzərində nəzarəti ələ alsın.

-Bu qədər enerji ehtiyatlarını nəzarətdə saxlamaqda məqsəd nədir?

- ABŞ özünün əsas geosiyası rəqibi olan Çini sabit neft təchizatından məhrum etmək niyyətindədir. Bunun üçün də İranın nüvə silahına sahib olması və digər mövzularla bağlı məsələlər gündəmə gətirilirdi. Amma sübuta yetirildi ki, bunlar əsassızdır. Ötən ilin yayında 12 günlük müharibədə İranın nüvə obyektlərinin bombalandığı da açıqlanmışdı.

- Hazırda İrandan edilən əsas tələblər sırasına nələr əlavə edilib?

- Tələblərdən biri odur ki, rəsmi Tehran raket proqramlarından və bölgədəki müttəfiq təşkilatlara dəstəkdən imtina etsin və s. Soruşmaq lazımdır ki, nə baş verib, nə xəbərdir? Nə üçün İran müstəqil dövlət olaraq ABŞ-nin tələbələrini yerinə yetirməlidir? Bu nəyin hesabına olmalıdır? Ötən ilin yayındakı 12 günlük müharibənin sonunda İsrail ABŞ-yə yalvarırdı ki, “müharibəni saxla, mənim axırım çatır”. Yəni, belə bir şəraitdə ABŞ öz strateji məqsədinə çatmaq üçün İranı vurmaq istəyir.

- Hərbi müdaxilənin nəticəsi necə olacaq?

- Amerika istəyir ki, bütün müsəlman dövlətləri Fələstini müdafiə etməkdən əl çəksin. Bu məsələdə əsas müqavimət mərkəzi İrandır və onun sıradan çıxarmaq üçün hərbi müdaxiləyə də əl atılacağını istisna etmirlər. Bununla da İran neytralaşmış olacaq.

- Baş verənlərin İranda mümkün hakimiyyət dəyişikliyinə səbəb olmaq ehtimalı varmı?

- Əsas məqsədlərdən biri də odur ki, İranda molla rejimini devirib, onun yerinə Rza Pəhləvi kimi bir nökəri gətirib otuzdursunlar. Bununla da İranın neft sənayesinə nəzarəti asanlıqla əllərində saxlamaq niyyətləri var.

- İranın bu təhdidlərə qarşı reaksiyası nədən ibarətdir?

- Tehran baş verəcək istənilən müdaxilə fonunda Fars körfəzini, Hörmüz boğazını nəzarətə alacağını deyir. Bundan sonra dünya bazarında neftin qiymətinin fantastik dərəcədə qalxacağı isə şübhəsizdir.

- ABŞ İrana hərbi müdaxilə edərsə, bu region üçün hansı dəyişikliklərə gətirib çıxara bilər?

- ABŞ İranda özünə tabe olmayan qrupu devirib, onun əvəzinə özünə loyal bir hakimiyyət formalaşdırmaq istəyir. Eyni zamanda İran böyük dövlət olmamalıdır, parçalanmalıdır tezisi də irəli sürülüb. Onun yerində kiçik etnik dövlətlər yaranmalıdır deyə iddialar da səslənir. Bu isə bölgədə geosiyasi vəziyyəti tamamilə dəyişəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri