ABŞ nin İranda vuracağı hədəflər açıqlandı
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
“Düşünmürəm ki, ABŞ İrana hücum edəcək, çünki bundan heç nə qazanmayacaq, amma olsa, Xarq adası və İsfahana hücum edəcək”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əhməd Bəxşiş Ərdəstani yerli mediaya verdiyi müsahibədə deyib.
“İsfahana hücum həm də əvvəllər ələ keçirə bilmədikləri 400 kiloqram uranı əldə etmək üçündür”, - deputat bildirib.
Ərdəstaninin sözlərinə görə, tərəflər arasında hərbi gərginlik uzun müddət qalacaq: “Çünki Amerika gərginlik axtarır, düşünür ki, bu vəziyyət davam edərsə, İranın iqtisadi durumu cəmiyyəti hakimiyyətə qarşı iğtişaşlara sürükləyəcək”.
İranlı parlamentari Tehranın mümkün hücumlara hazır olduğunu da iddia edib:
“Əgər düşmənlər bu dəfə bizə hücum etsələr, onların neft quyuları və obyektlərini vuracağıq. Əgər neftimizin olmaması üçün nəsə edəcəklərsə, biz də onların borularına, quyularına hücum edəcəyik ki, onların da nefti olmasın, yanacaq bahalaşsın”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 May 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















