ABŞ nin keçmiş prezidentinin oğlu narkoloji reabilitasiya mərkəzində işə başladı
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Cənubi Kaliforniyadakı narkoloji reabilitasiya mərkəzi ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Baydeni işə götürüb.
Moderator.az xəbər verir ki, bu barədə "Newsmax" telekanalı məlumat verib.
Məlumata görə, Hanter Bayden mərkəzin xeyriyyə fondunun məsləhətçisi və icraçı direktoru vəzifəsində çalışacaq.
Hanter Bayden daha əvvəl öz "X" hesabında yazmışdı ki, artıq 7 ildir narkotik qəbul etmir.
Həmçinin "The New York Post" qəzeti Hanter Baydenin Kaliforniyada 20 milyon dollardan çox borcu olduğu üçün gizləndiyini yazıb. Nəşrin məlumatına görə, Hanter Baydenin Vaşinqtonda hüquqşünaslar komandasına təxminən 17 milyon dollar, iş adamı və keçmiş tərəfdaşı Kevin Morrisə 5 milyon dollar, adı açıqlanmayan art-dilerə isə 1 milyon dollardan çox borcu var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 18 İyun 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















