Icma.az
close
up
RU
ABŞ nin Kuba ilə bağlı növbəti addımları açıqlanıb

ABŞ nin Kuba ilə bağlı növbəti addımları açıqlanıb

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin Kuba siyasətində növbəti mərhələdə hansı addımların atıla biləcəyi ilə bağlı yeni ehtimallar irəli sürülüb.
AzPost xəbər verir ki, ABŞ və Kanada İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru Vladimir Va­silyev bu barədə Rusiya mətbuatına açıqlamasında danışıb.

Ekspertin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Kuba ilə bağlı fövqəladə vəziyyət elan etməsi faktiki olaraq adaya qarşı tam iqtisadi blokadanın tətbiqi deməkdir. Va­silyev bildirib ki, bu qərar Vaşinqtonun uzunmüddətli və planlı strategiyasının tərkib hissəsidir.

Mütəxəssis hesab edir ki, ABŞ rəhbərliyinin növbəti addımı Kuba rəhbərliyi ilə qapalı danışıqlara başlamaq ola bilər. Onun fikrincə, bu danışıqların əsas məqsədi Kuba hakimiyyətini ölkəni tərk etməyə məcbur etmək və mövcud siyasi sistemi dəyişməkdir.

Va­silyev vurğulayıb ki, hazırda ABŞ tərəfindən “uzunmüddətli oyun” başlanılıb və bu proses birbaşa rejim dəyişikliyinə hesablanıb. O, fövqəladə vəziyyətlə bağlı imzalanan sərəncamın müddətsiz xarakter daşıdığını da diqqətə çatdırıb.

Ekspertin sözlərinə görə, Vaşinqton Kubanın iqtisadi vəziyyətini yaxından izləyir və ölkənin ən həssas sahələri barədə ətraflı məlumata malikdir. Xüsusilə enerji sahəsində mövcud problemlər ABŞ tərəfindən diqqətlə təhlil olunur.

Va­silyev qeyd edib ki, vəziyyətin pisləşməsi dərhal baş verməyə bilər. Lakin bir neçə həftə və ya ay ərzində sosial-iqtisadi gərginliyin artması mümkündür. Onun fikrincə, bu cür şəraitdə ölkə daxilində kütləvi iğtişaşlar yarana bilər.

Ekspert hesab edir ki, belə bir ssenari reallaşarsa, ABŞ hərbi müdaxilə variantını da gündəmə gətirə bilər. O bildirib ki, Vaşinqton hadisələrin inkişafını mərhələli şəkildə planlaşdırır və proseslər ciddi nəzarət altında saxlanılır.

Qeyd edək ki, Kuba hakimiyyəti artıq ABŞ-nin yeni məhdudlaşdırıcı tədbirlərini kəskin şəkildə pisləyib və bu addımların ölkənin daxili işlərinə müdaxilə olduğunu bəyan edib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 Yanvar 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri