ABŞ nin Küveytdəki bazası VURULDU
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 4 ədəd "Fateh-110" raketinin buraxıldığını və onların İran ərazisini atəşə tutmağa hazırlaşdığı iddia edilən beş HIMARS qurğusunu hədəf aldığını açıqlayıb.
Modern.az xəbər verir ki, İran tərəfinin məlumatına görə, İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) həmçinin ABŞ-ın Küveytdəki yeni bazasında rabitə sistemlərini və bazaya aparan yolları sıradan çıxarıb.
İlkin məlumatlara əsasən, hücum nəticəsində bir neçə ABŞ hərbçisi həlak olub.
Bundan əlavə, İranın Küveyt-İraq sərhədində yerləşən üç sərhəd-keçid məntəqəsini də vurduğu bildirilir. Bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Fars körfəzində fəaliyyət göstərən Küveyt Neft Şirkətinə məxsus dəniz qazma platformalarının da hücuma məruz qaldığı bildirilir.
Hücum nəticəsində bir əməkdaş yaralanıb, avadanlıqlara ziyan dəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 12 İyul 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















