ABŞ nin milyonluq təklifi rədd edildi: İspaniya Superkuboku İstanbulda keçiriləcək
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2027-ci il İspaniya Superkuboku ABŞ-dən daha yüksək maliyyə təklifi olmasına baxmayaraq İstanbulda keçiriləcək.
BAKU.WS xəbər verir ki, bunu Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, ABŞ Türkiyədən 11 milyon dollar daha yüksək təklif irəli sürüb. Lakin komandaların İstanbulda oynamaq istəyi, Türkiyə-İspaniya münasibətləri və Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələrinin inkişafı turnirin İstanbulda keçirilməsinə təsir edən əsas amillərdən olub.
Bilal Ərdoğan bildirib ki, turnirin Türkiyəyə gətirilməsi Dünya Etnospor Konfederasiyasının apardığı diplomatik təmasların nəticələrindən biri kimi qiymətləndirilə bilər.
2027-ci il İspaniya Superkuboku fevralın 2-dən 6-dək İstanbulda keçiriləcək. Turnirdə "Barselona", "Real Madrid", "Atletiko Madrid" və "Real Sosyedad" iştirak edəcək.
Yarımfinal mərhələsində "Barselona" "Atletiko Madrid", "Real Sosyedad" isə "Real Madrid"lə qarşılaşacaq. Final görüşünün fevralın 6-da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, İstanbul İspaniya Superkubokuna ilk dəfə ev sahibliyi edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 29 Sentyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















