Icma.az
close
up
RU
ABŞ nin müharibəni yenidən alovlandırmaq istədiyini söyləmək üçün əsas yoxdur AÇIQLAMA

ABŞ nin müharibəni yenidən alovlandırmaq istədiyini söyləmək üçün əsas yoxdur AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Hazırkı ABŞ-İsrail-İran münasibətləri yüksək gərginlik fonunda idarə olunan balans mərhələsi kimi xarakterizə oluna bilər. Tərəflər bir-birini açıq müharibəyə sürükləyəcək addımlardan yayınmağa çalışsalar da, qarşılıqlı təzyiq və çəkindirmə mexanizmləri daim aktiv saxlanılır. ABŞ regionda təhlükəsizlik arxitekturasını qorumaq və müttəfiqi İsrailin təhlükəsizliyini təmin etmək xəttindən geri çəkilmir, İran isə öz nüfuz zonasını və strateji imkanlarını qorumağa çalışır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov ABŞ-İsrail və İran münasibətlərindən danışarkən bildirdi.

Onun sözlərinə görə, İsrail üçün İranın nüvə proqramı və regional hərbi-siyasi təsiri ekzistensial risk kimi qiymətləndirilir:

"Bu səbəbdən Təl-Əviv preventiv tədbirləri legitim təhlükəsizlik aləti hesab edir. ABŞ isə İsrailin bu narahatlıqlarını anlayışla qarşılayır, lakin eyni zamanda genişmiqyaslı müharibənin region üçün ağır nəticələr doğuracağını da nəzərə alır. Vaşinqtonun mövqeyi daha çox İranı sərt təzyiq altında saxlamaq, lakin prosesin nəzarətdən çıxmasına imkan verməmək üzərində qurulub".

Müsahibimizin sözlərinə görə, İran tərəfi ABŞ və İsraili strateji rəqib kimi görür və hərbi eskalasiyadan çox asimmetrik təsir mexanizmlərinə üstünlük verir.

"Regional aktorlar, qeyri-dövlət silahlı strukturlar və diplomatik manevrlər Tehran üçün əsas alətlərdir. Bu, birbaşa toqquşmadan yayınmaqla yanaşı, təsir imkanlarını qorumağa xidmət edir. Bu kontekstdə ABŞ-nin müharibəni yenidən alovlandırmaq istədiyini söyləmək üçün kifayət qədər əsas yoxdur. Vaşinqton üçün əsas prioritet eskalasiyanı idarə etmək, İranın nüvə ambisiyalarını məhdudlaşdırmaq və regional sabitliyi minimum səviyyədə də olsa qorumaqdır. Mövcud vəziyyət daha çox güc nümayişi, siyasi mesajlaşma və qarşılıqlı çəkindirmə strategiyasına əsaslanır. Yəni tərəflər müharibəyə hazırlaşmaqdan çox, müharibənin qarşısını almaq üçün güc balansını qorumağa çalışırlar", - deyə siyasi şərhçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see327

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see234

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see148

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see147

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see143

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see134

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see133

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see130

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri