ABŞ nin NATO dakı daimi nümayəndəsi: ABŞ Ukraynaya Rusiyaya dərin zərbələr endirmək imkanı verir
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"ABŞ Ukraynaya Rusiyaya dərin zərbələr endirmək imkanı verir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker "Fox News"a verdiyi müsahibəsində deyib.
O, təxminən, bir milyard dollar dəyərində yeni silah partiyasının artıq Ukraynaya yola düşdüyünü qeyd edib. Həmçinin bildirib ki, bundan əlavə, Vaşinqton Kiyevə NATO müttəfiqləri hesabına hər ay təxminən bir milyard dollar dəyərində silah tədarük edir.
Metyu Uitakerin sözlərinə görə, Ukraynanın bu cür silahları əldə etdikdən sonra onlardan istifadə etməyə hazır olacağı ehtimalı yüksəkdir.
Qeyd edək ki, daha əvvəl "The New York Times" nəşrinin yazdığına görə, Donald Trampın müttəfiqləri ilə razılığı çərçivəsində ABŞ raketlərinin ilk partiyaları artıq Ukraynaya daxil olur. Danimarka, Niderland və Norveç tərəfindən ödənilən paketə 3 500 raket, həmçinin 825 milyon dollar dəyərində avadanlıqlar daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 30 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















