ABŞ nin qırıcı təyyarəsi Omanda yük gəmisini vurdu
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Oman körfəzindəki dəniz blokadasını pozmağa cəhd etdiyi iddia olunan yük gəmisinə zərbə endirildiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, gəmi heyətinin dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymaması və İranın dəniz blokadasını yarmağa cəhd etməsindən sonra CENTCOM qüvvələri Oman körfəzindəki kommersiya yük gəmisini sıradan çıxarıb.
Panama bayrağı altında üzən “Ocean Molica” (“Arika Sun” kimi də qeyd olunur) gəmisinə qırıcı təyyarə tərəfindən zərbə endirilib. Mərkəzi Komandanlığın iddiasına görə, hücum nəticəsində gəminin mühərriki sıradan çıxarılıb, heyətə isə heç bir xəsarət dəyməyib.
Qurumun məlumatına görə, gəmi daha əvvəl İran limanını tərk etdikdən sonra regional sulardan tranzit keçməyə cəhd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 11 Oktyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















