Icma.az
close
up
RU
ABŞ nin qrant proqramları Azərbaycanda hansı layihələrə xərclənib? ARAŞDIRMA

ABŞ nin qrant proqramları Azərbaycanda hansı layihələrə xərclənib? ARAŞDIRMA

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

USAID daxil olmaqla, ABŞ vergi ödəyicilərinin pullarının havaya sovrulmasına dair faktlar ictimailəşdirilib.

Oxu.Az xəbər verir ki, bir sıra ölkələrlə yanaşı, Azərbaycanda da həyata keçirilən layihələr haqqında məlumatla "Data Republican" saytında tanış olmaq mümkündür.

Bu məlumatlara əsasən, ABŞ Azərbaycan, Gürcüstan və qonşu ölkələrdə heyvan xəstəlikləri ilə mübarizə, təhsilin dəstəklənməsi, sahibkarlığın inkişafı və uşaqların psixi sağlamlığının yaxşılaşdırılması sahəsində proqramların həyata keçirilməsinə 17 milyon dollar ayırıb.

Bunların arasında ABŞ Müdafiə Nazirliyinin bir neçə qrantı Azərbaycan, Gürcüstan və Türkiyədə bruselyozun monitorinqi üzrə layihələrə (icraçı Şimali Arizona Universiteti, qrant məbləği 2 992 256 dollar, icra müddəti 2025-ci il sentyabrın 22-dək); Azərbaycan, Türkiyə və Gürcüstanda infeksion xəstəliklərin müşahidəsi (Milli Ərzaq Agentliyi, məbləğ 2 998 810 dollar, 2025-ci il avqustun 17-dək); Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistanda bruselyozla mübarizənin dəstəklənməsi (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), məbləğ 3 396 534 dollar, müddət 2027-ci il martın 14-dək) yönəlib.

ABŞ Dövlət Departamenti xətti ilə Azərbaycanda minatəmizləmə və humanitar təşəbbüslər layihəsinə ("MAG America Inc", məbləğ 2 milyon dollar, icra müddəti 2025-ci il martın 31-dək); Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropada təhsil təşəbbüslərinə (ABŞ-də Beynəlxalq Təhsil üzrə Amerika Şurası, məbləğ 1.61 milyon dollar, müddət 2025-ci il martın 31-dək), ABŞ-nin müxtəlif kollecləri, ali məktəbləri və universitetləri ilə Azərbaycandakı ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi üzrə SAEG məqsədlərinin dəstəklənməsinə (Azərbaycanda Beynəlxalq Təhsil üzrə Amerika Şurası, məbləğ 24 592 dollar, müddət 2025-ci il iyunun 30-dək); Bakı və Azərbaycan regionlarında qadın sahibkarlığının səviyyəsinin artırılması layihəsinə (100 000 dollar); ABŞ və Azərbaycan ekspertləri arasında təcrübə mübadiləsi layihəsinə (20 000 dollar) qrantlar ayrılıb.

Dövlət Departamenti xətti ilə Azərbaycan, Gürcüstan və Ermənistandan ABŞ-yə tələbə mübadiləsi 425 000 dollar məbləğində həyata keçirilir.

USAID Azərbaycanda analığın, uşaq sağlamlığının və sosial xidmətlərin dəstəklənməsi layihəsinə (icraçı UNICEF, məbləğ: 2 milyon dollar, müddət 2026-cı il oktyabrın 1-dək) qrant yönəldib.

ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi xətti ilə 2029-cu il fevralın 28-dək Azərbaycanda aztəminatlı ailələrdən olan uşaqların psixi sağlamlığının yaxşılaşdırılması layihəsinə 728 min dollardan çox vəsait ayrılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Fevral 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri