ABŞ nin Qrenlandiya ilə bağlı gizli planları üzə çıxdı
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ölkəsinə birləşdirmək planlarından əl çəkməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" nəşri adı açıqlanmayan Danimarka rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin əldə etdiyi məlumata görə, son vaxtlar Trampın bu məsələdə bir qədər yumşaq siyasət aparmasına baxmayaraq, adanın Vaşinqtonun nəzarətinə keçməsi ideyası hələ də aktualdır.
"The New York Times" qəzeti isə yazıb ki, ABŞ, Danimarka və Qrenlandiya arasında Vaşinqtonda aparılan gizli danışıqların təfərrüatları bəlli olub.
İddialara görə, ABŞ Administrasiyası ada üzərində daimi hərbi nəzarətə və xarici investisiyalarda söz sahibi olmağa çalışır.
Qeyd olunur ki, ABŞ-nin gizli danışıqlarda təklif etdiyi şərtlər Qrenlandiya hökumətində böyük narahatlığa səbəb olub. Ada rəsmiləri isə müstəqillik ümidlərinin puç ola biləcəyindən narahatdırlar.
Nəşrin yazdığına görə, Birləşmiş Ştatlar Qrenlandiyadakı istənilən irimiqyaslı investisiya layihələrinə nəzarəti ələ almağa çalışır və Rusiya, Çin kimi rəqiblərini regiondan kənarda saxlamağı hədəfləyir.
Məqsəd buzlaqların altında yerləşən geniş neft, uran və nadir torpaq elementləri ehtiyatları üzərində birgə əməkdaşlıq və nəzarət mexanizmi yaratmaqdır.
Qeyd edək ki, ada Danimarkanın tərkibinə daxildir. D.Tramp dəfələrlə Qrenlandiyanın Birləşmiş Ştatların bir hissəsi olacağını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 19 May 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















