ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyaya qarşı "sarsıdıcı sanksiyalar" haqqında qanun layihəsinin mətni ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə razılaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə Kiyevdə keçirilən brifinqdə təşəbbüsün müəllifi, respublikaçı senator Lindsi Qrem bildirib.
"Məmnuniyyətlə bildirmək istəyirəm ki, təxminən 30 dəqiqə əvvəl biz Ağ Evlə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin onların dəstəkləyəcəyi versiyası barədə razılığa gəldik. Bu o deməkdir ki, o, qanun olacaq", - o bildirib.
Qremin sözlərinə görə, senatorlar qanun layihəsinin Ağ Evin dəstəkləməyə razılaşdığı versiyasını təsdiq edə biliblər. O əlavə edib ki, indi təşəbbüsün digər müəllifləri ilə birlikdə sənədin Konqresdə qəbul olunmasını təşviq edəcək.
Qanun layihəsi ABŞ Prezidentinə Rusiya nefti və qazını alan ölkələrə, eləcə də mövcud sanksiyalardan yayınmağa kömək edən xarici şirkətlərə və dövlətlərə qarşı tariflər və sərt məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verir.
Qeyd edək ki, sənəd Rusiya sahibkarlarına və banklarına qarşı məhdudiyyətləri, energetika sahəsinə Amerika investisiyalarının qadağan edilməsini, eləcə də Rusiya mallarına 500%-lik tariflərin tətbiqini nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:369
Bu xəbər 10 İyul 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















