Icma.az
close
up
RU
“ABŞ nin süni intellekt əməliyyatları “Terminator“u gerçəkləşdirə bilər“

“ABŞ nin süni intellekt əməliyyatları “Terminator“u gerçəkləşdirə bilər“

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ-nin İran və Venesuelaya qarşı əməliyyatlarda süni intellektdən istifadə etməsi "Terminator" filminə bənzər texnologiya fəlakətinin gerçəkləşmə riskini artırır".

Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəsmisi Çjan Bin açıqlama verib.

O qeyd edib ki, hərbi sahədə süni intellektin nəzarətsiz tətbiqi, insanların həyat və ölüm qərarının alqoritmlərə həvalə edilməsi yalnız hərbi münaqişələrdəki əxlaqi və məsuliyyət qaydalarının pozulmasına deyil, eyni zamanda texnoloji böhrana, eləcə də "Terminator"dakı qorxunc ssenarinin həyata keçməsinə səbəb ola bilər".

Nümayəndə rəsmi Pekinin süni intellekt sistemlərindən hərbi məqsədlərlə limitsiz şəkildə istifadə edilməsinə qətiyyətlə etiraz bildirdiyini xüsusi vurğulayıb.

Daha öncə "The Washington Post" nəşri öz mənbələrinə əsaslanaraq məlumat yaymışdı ki, ABŞ yüzlərlə hədəfi müəyyənləşdirmək, onların koordinatlarını dəqiqləşdirmək və ardıcıllığını tərtib etmək üçün "Claude AI" modelinin bazasında işləyən "Maven Smart System" rəqəmsal platformasını tətbiq edir. Bu texnologiyanın köməyi ilə Birləşmiş Ştatların ordusu əməliyyatın başlandığı ilk 24 saat ərzində minədək hədəfə zərbə endirib. Hücumlardan sonra sözügedən sistem əldə olunan nəticələri analiz edir. Nəşrə danışan mənbələrdən biri bildirib ki, süni intellekt hərbi qüvvələrə döyüş fəaliyyətlərinin sürətini əhəmiyyətli dərəcədə artırmağa şərait yaradıb.

Çjan Binin xatırlatdığı 1984-cü ildə lentə alınmış elmi-fantastik döyüş kinosu bəşəriyyətə düşmən kimi təqdim olunan süni intellektin tarixi gedişatı dəyişmək məqsədilə kiborq androidi keçmiş zamana yollayaraq insanlara qarşı apardığı müharibəni özündə əks etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Mart 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri