ABŞ nin təbii qaz ehtiyatları son 10 ilin ən yüksək səviyyəsinə çatacaq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 13 avqust, AZƏRTAC
ABŞ-nin təbii qaz ehtiyatlarının oktyabr ayında 3 trilyon 985 milyard kubfuta çatacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ölkədə təbii qaz ehtiyatları qış istilik mövsümündən əvvəl - oktyabr ayında 2016-cı ildən bəri ən yüksək səviyyəyə çatacaq.
EIA-ya görə, ehtiyatların artması təbii qaz istehsalının artması və mayeləşdirilmiş təbii qaz (LNG) qurğularında aparılan təmir işləri səbəbindən qaz tələbatının azalması ilə əlaqədar olacaq. ABŞ-də təbii qazın qiymətinin bu ilin üçüncü rübündə “Henry Hub”da orta hesabla 2,87 dollar olacağı gözlənilir. EIA bu proqnozu ötən aya nisbətən 50 sent aşağı salaraq yenidən nəzərdən keçirib, azalmanın LNG qurğularına göndərilən təbii qaza tələbatın azalması və güclü istehsalla əlaqəli olduğunu bildirib.
ABŞ-nin mayeləşdirilmiş təbii qaz ixracının cari ilin üçüncü rübündə gündə orta hesabla 16,5 milyard kubfut olacağı gözlənilir. EIA ABŞ-nin mayeləşdirilmiş təbii qaz ixracının 2027-ci il ərzində artmağa davam edəcəyini proqnozlaşdırır.
Hesablamalara görə, 2026-cı ildə ölkənin elektrik enerjisi istehsalında təbii qazın payı 40 faiz təşkil edəcək. Kömürün payı 16 faizə düşəcək, külək və Günəş enerjisinin payı isə müvafiq olaraq 11 faiz və 8 faiz olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 13 Avqust 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















