ABŞ nin təhlükəsizliyinə məsul nazir öz əşyasını qoruya bilmədi
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Milli Təhlükəsizlik naziri Kristi Noemin çantası oğurlanıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə 20 apreldə Vaşinqtonda baş verib.
Məxfi xidmətin məlumatına görə, Noem Vaşinqtonda bir restoranda nahar edərkən çantası maskalı naməlum şəxs tərəfindən oğurlanıb.
Restoranın təhlükəsizlik kamerasına düşən görüntülərdə şübhəlinin çantanı götürərək məkandan uzaqlaşdığı əks olunub.
Çantada nazir xanımın sürücülük vəsiqəsi, dərmanları, evinin açarları, pasportu, Nazirliyin giriş nişanı, makiyaj vasitələri, boş çeklər və təxminən 3000 dollar pul olduğu bildirilir.
Hadisədən sonra məxfi xidmət oğurlanmış əşyaların icazəsiz istifadəsinin qarşısını almaq üçün araşdırmaya başlayıb.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 22 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















