Icma.az
close
up
RU
ABŞ nin Ukrayna şirkətlərinə sanksiyası: İran xətti üzərindən dəyişən geosiyasət

ABŞ nin Ukrayna şirkətlərinə sanksiyası: İran xətti üzərindən dəyişən geosiyasət

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

ABŞ Maliyyə Nazirliyinin Ukraynanın iki şirkətinə İranın dron və ballistik raket proqramına yardım etdikləri üçün sanksiya tətbiq etməsi beynəlxalq gündəmdə ciddi rezonans doğurub.

Bu addım təkcə iki kommersiya qurumunun hədəf alınması deyil, həm Vaşinqton-Kiyev münasibətlərinə, həm İranın regional fəaliyyətlərinə, həm də qlobal təhlükəsizlik balansına yönəlmiş çoxşaxəli mesaj kimi dəyərləndirilir. ABŞ son illərdə İranın PUA və raket istehsalında əldə etdiyi imkanları ciddi təhlükə kimi qiymətləndirir və bu sahəyə bağlı hər hansı təchizat zəncirini sərt şəkildə hədəfə alır. Ukrayna şirkətlərinin bu prosesdə vasitəçi qismində yer alması Vaşinqtonun narazılığını artırsa da, ABŞ Ukraynanı strateji tərəfdaş olaraq saxlamaqda maraqlıdır. Buna baxmayaraq, məsələ onu göstərir ki, Ukrayna daxilində fəaliyyət göstərən özəl şəbəkələrin nəzarətdən kənar əməliyyatları həm reputasiya, həm də siyasi baxımdan yeni suallar doğurur.

Mövcud sanksiyalar həm də regionda İranın güc artımına qarşı ABŞ-nin daha sərt yanaşmasının növbəti göstəricisidir. Bakıvaxtı.az mövzunu politoloq Züriyə Qarayeva ilə müzakirə edib.

Onun sözlərinə görə, bu sanksiyalar ilk növbədə Vaşinqtonun Ukraynaya nə qədər ciddi tələblər qoyduğunu göstərir və Kiyevin özəl sektoruna nəzarəti gücləndirməsi zərurətini ortaya çıxarır. ABŞ hesab edir ki, Ukrayna kimi müttəfiq ölkələr İranın hərbi-sənaye şəbəkələri ilə hər hansı dolayı əlaqəyə yol verməməlidir:

“Bununla belə, bu addım iki dövlət arasında strateji əməkdaşlığı zədələməyəcək, çünki Vaşinqton Ukraynanın regional təhlükəsizliyə ehtiyacını başa düşür. ABŞ bu sanksiyanı Ukrayna dövlətinə qarşı yox, özəl qurumlara qarşı yönəlmiş mesaj kimi təqdim etməyə çalışacaq. Lakin ABŞ Konqresində Ukraynaya yardımın artırılması barədə gedən müzakirələr fonunda bu hadisə müəyyən skeptik dairələrin əlini gücləndirə bilər. Ümumilikdə, münasibətlərdə gərginlik deyil, daha çox ehtiyatlılıq və nəzarət mexanizmlərinin sərtləşməsi müşahidə olunacaq”.

Bu qərarın beynəlxalq münasibətlərə hansı təsirləri ola biləcəyinə gəlincə, politoloq deyib ki, ABŞ-nin bu sanksiyası İranın qlobal təchizat şəbəkəsinin Avrasiya daxilində nə qədər geniş yayıldığını dünyaya göstərir. Vaşinqton üçün bu addım həm Çinə, həm Orta Asiya ölkələrinə, həm də Avropa kənarında yeni iqtisadi şəbəkələr yaradan aktorlara yönəlmiş xəbərdarlıq xarakteri daşıyır. Dediyinə görə, İrandan PUA və raket komponentlərinin alınmasında vasitəçilik edən hər kəsin hədəfə alınacağı mesajı qlobal biznes mühitinə ciddi təsir edir. Bu qərar eyni zamanda ABŞ-ın Tehranı təcrid etmək siyasətində daha sərt mərhələyə keçdiyini nümayiş etdirir.

“Digər tərəfdən, bu addım Çin-ABŞ münasibətlərində yeni gərginlik yarada bilər, çünki komponentlərin mənbəyinin Çin olduğu bildirilir. Ümumilikdə, sanksiya beynəlxalq münasibətlərdə İran ətrafında formalaşan yeni sərtlik dalğasının göstəricisidir”, - həmsöhbətimiz bildirib.

Züriyə Qarayeva: Yaxın Şərqdə onsuz da gərgin olan təhlükəsizlik balansı daha kövrək vəziyyətə gələ bilər

Z.Qarayeva deyib ki, sanksiyaların əsas hədəfi İranın PUA və ballistik raket proqramının təchizat zəncirinə zərbə vurmaqdır. ABŞ hesab edir ki, İran son illərdə bu sahədə əldə etdiyi imkanlarla Yaxın Şərqdə strateji balansı öz lehində dəyişdirməyə çalışır. Ukrayna şirkətlərinə sanksiya Tehran üçün siqnaldır ki, bu sahədə istifadə etdiyi beynəlxalq şəbəkələr tək-tək ifşa edilir. Region ölkələri, xüsusilə, İsrail və Körfəz monarxiyaları ABŞ-nin bu addımını öz təhlükəsizlikləri baxımından müsbət addım kimi dəyərləndirəcək. Bununla belə, İranın daha sərt mövqe sərgiləyərək öz müdafiə proqramlarını sürətləndirməsi ehtimalı yüksəkdir. Nəticə etibarilə, bu addım regionda gərginliyi azaltmaqdan çox, yeni rəqabət mərhələsinə yol aça bilər.

Onun sözlərinə görə, İranın dron və raket imkanları artıq yalnız regional məsələ deyil, beynəlxalq təhlükəsizlik probleminə çevrilib və bu qərar həmin problemin daha ciddi qəbul edildiyini göstərir. Sanksiyalar İranın bu sahədə irəliləyişini bir müddət ləngidə bilər, lakin tam şəkildə dayandırmaq real görünmür. Region ölkələri üçün bu addım qısamüddətli təhlükəsizlik güvəni yaratsa da, uzunmüddətli strategiya baxımından situasiyanı daha qeyri-sabit edə bilər:

“ABŞ-nin sərtləşən xətti İranı öz regional müttəfiqlərini daha aktiv şəkildə silahlandırmağa sövq edə bilər. Bu isə Yaxın Şərqdə onsuz da gərgin olan təhlükəsizlik balansını daha kövrək vəziyyətə gətirə bilər”.

“Ümumilikdə, qərar regionda rəqabəti azaltmaqdan çox, qarşıdurma risklərini artıran addım kimi qiymətləndirilə bilər”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri