Icma.az
close
up
RU
ABŞ nin Venesuela əməliyyatı beynəlxalq hüquq pozuntusudur? AÇIQLAMA

ABŞ nin Venesuela əməliyyatı beynəlxalq hüquq pozuntusudur? AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Xəbər verildiyi kimi, ABŞ Hərbi Dəniz Qüvvələri Venesueladan narkotik maddələr daşayan gəmini məhv edib. Bu isə iki ölkə arasında gərginliyi artırıb. Venesuela buna cavab olaraq hərbi hazırlıqlara başlayıb.

Bəs ABŞ-nin məlum addımı nə dərəcədə beynəlxalq hüquqa uyğundur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirdi ki, bu, ciddi problemdir.

"Amerika Birləşmiş Ştatları belə haqlılıq nümayiş etdirir ki, Karib dənizindəki bu 11 narkotacir həmin əməliyyatda öldürülüb. Amma hüquq ekspertləri də deyirlər ki, bu, beynəlxalq insan haqları və dəniz qanunlarının pozulmasıdır. Amma bunu da bilmək lazımdır ki, Amerika Dəniz Hüququ Konvensiyasını imzalamayıb. Onun müddəalarına uyğun hərəkət etməli olduğu yanaşmasını da qəbul etmir. Ümumiyyətlə, ölkələr beynəlxalq sularda işləyən gəmilərə müdaxilə etmirlər. Bu konvensiyaya görə, edə bilməzlər. Etmək üçün yalnız məhdud istisnalar var. Amma Amerika açıqlama verir ki, gəmini dayandırmadan ona müdaxilə olunub və ölümcül tədbir həyata keçirilib".

Müsahibimiz vurğuladı ki, bu kartellərə zərbə endirmək BMT Nizamnaməsinin ikinci maddəsinin dördüncü bəndinə görə ölkələrin hücuma məruz qalanda özünü müdafiə məqsədilə ordusunu yeritməsi ilə bağlıdır:

"Amma belə olduqda bu proses doğrudanmı həmin istiqamətə gedir? Tramp Konqresin icazəsi olmadan hücum təşkil edə bilərdimi? Çünki prezidentin səlahiyyətlərinə dair ikinci maddədə deyilir ki, prezident ordunun baş komandanıdır. Edə də bilər, etməyə də bilər. Amma leqal olaraq edə bilməz. Bir sözlə, sualın əsasında dayanan məsələ budur ki, bu, yeni gərginlik ocağı yaradacaqmı? Venesuelanın arxasında, düzdür, Rusiya və İran amili var. Amma hansı Amerikanın başını ağrıdacaq proseslərə səbəb olacaq, bunu müəyyən etmək çətindir. Çünki narkotik vasitələrdən başqa, Venesuelanın Amerikaya edə biləcəyi təsir mexanizmi yoxdur".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Sentyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri