Icma.az
close
up
RU
ABŞ nin yeni prezidenti Rubio ola bilər

ABŞ nin yeni prezidenti Rubio ola bilər

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ yəhudiləri vitse-prezident Ceyms Devid Vensin 2028-ci ildə prezidentliyə namizəd olmasına qarşı çıxır. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə kampuslarda antisemitizmə qarşı fəallığı ilə tanınan Şabbos Kestenbaum “Jewish Telegraphic” agentliyinə bildirib. 

Qeyd edilir ki, vitse-prezident C.D.Vensin İsrail rəsmilərinə qarşı töhmətləri, İsrail əleyhinə sui-qəsd nəzəriyyələrini qəbul etməsi və İsrailə qarşı çıxış edən tanınmış siyasi şərhçi Taker Karlsona qarşı susqunluq nümayiş etdirməsi bir sıra yəhudi respublikaçını qəzəbləndirib.

Ona görə də Vensin yəhudi respublikaçıların etimadını itirib.

“MAGA hərəkatını dəstəkləyən Amerika yəhudi seçicilərinin, donorlarının və siyasətçilərinin böyük əksəriyyəti Marko Rubionun prezidentliyə namizədliyini həvəslə dəstəkləyir. Mən də ona səs verməyi səbirsizliklə gözləyirəm”, - antisemitizmə qarşı fəaliyyətinə görə mühafizəkar yəhudilər arasında qəhrəman kimi qəbul olunan Kestenbaum belə deyib. 

“Əminliklə deyə bilərəm ki, Amerika yəhudi mühafizəkar dairələrində hər bir nəfərə qarşı 99-u Marko Rubionun xeyrinədir. Əslində, bu, yəqin ki, az qiymətləndirilmiş bir göstəricidir. 100-ün 0-a yaxın olması ehtimalı daha çoxdur. Amerika yəhudi təşkilatı olan MAGA hərəkatında Marko Rubionu namizəd kimi görmək istəməyən birini təsəvvür edə bilmirəm”, - deyə Şabbos Küestenbaum mühafizəkar yəhudilərin qala gecəsində verdiyi açıqlamada qeyd edib. 

Trampın administrasiyasının dövlət katibi və milli təhlükəsizlik məslələri üzrə müşaviri, 14 il Florida ştatından ABŞ senatoru olmuş Marko Rubio İsrailə güclü dəstəyi və İrana qarşı sərt müxalif mövqeyi ilə bəzi yəhudi respublikaçıların dəstəyini qazanıb.

O, Co Bayden administrasiyasının Qərb Şəriyəsindəki zorakı İsrail məskunlaşma qruplarına qoyduğu məhdudiyyətləri aradan qaldırmağa hazır olduğunu bildirib.

Bu həftə o, Baş nazir Benyamin Netanyahu da daxil olmaqla bir neçə İsrail liderinin həbs orderini verən Beynəlxalq Cinayət Məhkəməsini yenidən formalaşdıracağına söz verib.
İfrat sağçı yəhudi fəal Laura Lumer də daxil olmaqla, bəziləri Rubionun Fələstin tərəfdarı etirazçılara qarşı sərt mövqeyinə, yüzlərlə tələbənin vizasını ləğv etməsinə işarə ediblər. 

“Nəhayət ki, bu HƏMAS tərəfdarı quldurları qovduq”, - deyə Lumer “X” səhifəsində qeyd edərək Rubionu “Buraya aid olmayan İslam immiqrantlarına qarşı durmaqdan çəkinməyən lider” adlandırıb.

Başqa bir paylaşımda Lumer Rubio ilə bağlı iddilarını açıqlayıb: 

“O, nə vaxtsa prezident olacaq. Sözlərimi yadınızda saxlayın”.

Rubionun İsrailyönlü icma ilə yaxın əlaqələri onun şöhrət qazanmasından çox əvvəl mövcud olub. 

Floridanın qanunvericilik orqanında Rubionun əsas himayədarı yəhudi təşkilatlarının əsas sponsorlarından sayılan Norman Braman olub.

Rubionun İsrailə dəstəyi ölkəni kommunizmə qarşı bir dayaq kimi görən kubalı-amerikalı siyasətçilər üçün tipik əlamətdir. Vensin dəstəyi həm yəhudi dairələrində, həm də xaricində azalır. 

Məlumata görə, Trampın bəzi əsas müşavirləri 2028-ci il prezident seçkilərində vitse-prezident əvəzinə Rubionun namizəd olmasını istəyirlər.

“Axios” xəbər verir ki, Respublikaçılar Partiyasının əsas sponsorlarından olan Ken Qriffin ötən həftə verdiyi açıqlamada 2028-ci il prezident seçkilərində Vensindən daha çox Rubionu dəstəkləyəcəyini bildirib.

Hətta bukmeykerlər belə Rubionun şanslarının artdığını deyirlər. Tramp özü Vens və Rubionu prezidentliyə namizəd göstərsə də, onlardan hansının prezident olacağını dəqiqləşdirməyib.

“NBC News”-un verdiyi məlumata görə, fevralın sonlarında, ABŞ və İsrail İrana qarşı müharibəyə başlayanda prezident Mar-a-Laqaya toplaşan donorlardan hansı namizədi üstün tutduqlarını soruşub və Rubio qalib gəlib. 

Hazırda Yerusəlimdə yaşayan, Senat apparatının keçmiş əməkdaşı Valeri Qrinfeld öz müsahibəsində bildirib ki, Rubio hazırda İsraildəki amerikalı seçicilər arasında 2028-ci il prezidentliyinə ən populyar namizəddir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see441

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see329

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see248

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see239

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see236

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see229

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see217

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see206

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see198

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see194

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see193

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see193

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see188

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see187

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see182

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see180

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see155

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri