Icma.az
close
up
RU
ABŞ nin yeni viza qaydaları: Sosial media hesabı açıq olmalıdır

ABŞ nin yeni viza qaydaları: Sosial media hesabı açıq olmalıdır

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

ABŞ Xarici İşlər Nazirliyi tələbə vizası üçün müraciət edən əcnəbilərlə bağlı yeni tələblər irəli sürüb. Artıq bu vizaya müraciət edən şəxslər sosial media hesablarını ictimai şəkildə açıq saxlamalıdırlar.

Sfera.az-ın “NTV”yə istinadən xəbər verir ki, “Politico” xəbər saytının əldə etdiyi rəsmi sənədlərə əsasən, əvvəlki dövrdə dayandırılmış tələbə vizası müraciətləri yenidən qəbul olunur. Lakin bu dəfə yeni şərt tətbiq edilib - namizədlər sosial media fəaliyyətlərini gizlətməməlidirlər.

ABŞ səfirlik və konsulluqlarına göndərilən təlimatda diplomatlara müraciət edən şəxslərin sosial media paylaşımlarını diqqətlə araşdırmaq tapşırılıb. Xüsusilə ABŞ vətəndaşlarına, mədəniyyətinə, hökumətinə və prinsiplərinə qarşı düşmən mövqedə olub-olmamaq əsas diqqət nöqtəsidir.

Bundan əlavə, konsulluqlardan siyasi fəallıq keçmişi olan şəxslərin müəyyənləşdirilməsi, onların ABŞ-da oxuyarkən bu fəaliyyətləri davam etdirmə ehtimalının dəyərləndirilməsi tələb olunur. Vizaya müraciət edən şəxslərin ABŞ üçün potensial təhlükə olub-olmaması, HƏMAS təşkilatı ilə mümkün əlaqələri və antisemit davranışlara yol verib-vermədikləri də qiymətləndiriləcək.

Nazirlik bununla kifayətlənməyərək, "çevrim içi varlıq" anlayışını təkcə sosial mediaya deyil, “LexisNexis” kimi hüquqi və kommersiya xarakterli məlumat bazalarına da şamil edir.

Qeyd edək ki, may ayında ABŞ dövlət katibi Marko Rubio bütün səfirlik və konsulluqlara tələbə vizası üzrə yeni görüş tarixlərini təxirə salmaq barədə göstəriş vermişdi. Bu qərar sosial media məlumatlarının kifayət qədər toplanmaması ilə əsaslandırılıb.

Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see304

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see243

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see236

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see160

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see153

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see142

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see140

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see138

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see134

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see133

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see133

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see132

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see131

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see127

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see126

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see125

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri