ABŞ nizamlanma təklifi ilə bağlı İranın Ali Rəhbərindən cavab gözləyir
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ, Vaşinqtonun nizamlanma şərtlərinə dair son təklifinə İranın Ali Rəhbəri Müctəba Xameneyidən bu gün cavab alacağını gözləyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid İsrail mənbəsinə istinadən məlumat yayıb.
"Regional vasitəçilik səylərindən xəbərdar olan mənbənin və danışıqların təfərrüatlarına bələd olan İsrail mənbəsinin bildirdiyinə görə, Donald Trampın qərarının (atəşkəsin uzadılması) səbəblərindən biri odur ki, Amerika və Pakistan vasitəçiləri İranın Ali Rəhbəri Müctəba Xameneyidən son təklifə cavab gözləyirlər. O, öz danışıqlar qrupuna aydın göstərişlər verməlidir", — deyə jurnalist yazır.
İsrail mənbəsinin məlumatına görə, Xameneyinin öz cavabını çərşənbə günü verəcəyi gözlənilir.
Regional mənbə isə qeyd edib: "İranlı danışıqçılar Ali Rəhbərdən "yaşıl iş" gözlədiklərini bildiriblər".
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 22 Aprel 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















