ABŞ nümayəndə heyəti Vensin Ermənistana səfərinə hazırlıq görür
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
ABŞ-dən böyük nümayəndə heyəti vitse-prezident Ceyms Devid Vensin səfərinə hazırlıq məqsədilə Ermənistana gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan məlumat yayıb.
Məlumata görə, nümayəndə heyəti bir neçə gün əvvəl İrəvana çataraq “Armenia Marriott” hotelində yerləşdirilib. Onlar hotelin bütöv bir mərtəbəsini tutublar. Həmin mərtəbədə iş zonası yaradılması üçün otaqlardakı mebellər çıxarılıb, yalnız masa və stullar saxlanılıb.
Hotel əməkdaşlarının bu mərtəbəyə daxil olması qadağan edilib. Nümayəndə heyətinin üzvləri isə gecəni hotelin başqa hissəsində keçirirlər. ABŞ nümayəndə heyətinin Ermənistanda iki həftə qalacağı bildirilir.
Qeyd edilib ki, Ceyms Devid Vens fevralın 9-da Ermənistana səfər edəcək və artıq növbəti gün Bakıya yola düşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 Fevral 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















