Icma.az
close
up
RU
ABŞ okean üzərində hiper səs raketlərini aşkarlamaq üçün mikrofonlar yerləşdirəcək KİV

ABŞ okean üzərində hiper səs raketlərini aşkarlamaq üçün mikrofonlar yerləşdirəcək KİV

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Müdafiə Nazirliyi hiper-səs raketlərinin buraxılışını erkən mərhələdə müəyyən etmək məqsədilə yeni texnologiyaların hazırlanmasına maliyyə ayırır. 

Qaynarinfo xəbər verir ki, "The Economist” jurnalının yazdığına görə, plan çərçivəsində adi və infraqırmızı kameralarla yanaşı, okean ortasında yerləşdirilən bort mikrofonlarla təchiz edilmiş buyların böyük bir şəbəkəsi yaradılacaq.

Son onilliklərdə ballistik raketlər uzaq məsafədən hücumun ən müasir silahı hesab edilirdi. Lakin onların yüksək və proqnozlaşdırıla bilən trayektoriyası aşkarlanma və məhv edilmə riskini artırırdı. Bu səbəbdən ABŞ, Çin və Rusiya alternativ olaraq atmosferdə uçan, uzunmənzilli radarların əhatəsindən kənarda hərəkət edən və manevr edə bilən hiper-səs raketlərini inkişaf etdirməyə başlayıb.

Pentaqon bu təhlükəni aşkar etmək üçün kompleks yanaşma tətbiq edir. Bu məqsədlə infraqırmızı diapazonu ayırd edə bilən EO/IR tipli kameralar hazırlanır. Bu kameralar peyklərin əhatə çatışmazlığını kompensasiya edə bilər, çünki peyklər bulud örtüyü altında uçan raketləri görə bilmir. EO/IR sensorları daha aşağı hündürlükdə – təyyarələrdə, diri­j­abllarda və ya üzən platformalarda yerləşdirilə bilər. ABŞ Hərbi Dəniz Qüvvələri San Dieqodakı "Surface Optics” şirkətinə hiper-səs hədəflərini izləyə biləcək yüksək ayırdetmə qabiliyyətli və tez yenilənən EO/IR sensorlarının hazırlanmasını tapşırıb.

Digər bir müqavilə Kaliforniya şirkəti "HyperKelp” ilə imzalanıb. Bu layihə dərin okeanda mikrofonlarla təchiz edilmiş buyların istifadəsini nəzərdə tutur. Şirkətin rəhbəri Qrem Rey bildirib ki, hiper-səs raketləri uzaq məsafədən eşidilə bilən səs dalğası yaradır. Buylar həmçinin səsi real vaxtda təhlil edə bilən süni intellekt sistemləri ilə təchiz olunacaq.

Bununla belə, siqnalın emalı çətin olaraq qalır – hiper-səs raketinin zəif uğultusunu dalğa, gəmi və təyyarə səs-küyündən ayırmaq çətindir. Tarixi paralel kimi, 1930-cu illərdə Britaniyada gecə vaxtı bombardmançı təyyarələri eşitmək üçün sahil boyunca beton "səs güzgüləri” quraşdırılmışdı. Daha sürətli təyyarələr və radar texnologiyası bu üsulu köhnəltsə də, oxşar prinsiplər bu gün yavaş hədəflərə qarşı tətbiq olunur. Məsələn, Ukraynanın "Səma qalası” sistemi ölkə boyu minlərlə mikrofon vasitəsilə "Şahed” pilotsuz aparatlarını mühərrik səslərinə görə izləyir.

Hiper-səs raketlərinin bu yolla izlənməsi ilk baxışda səmərəsiz görünə bilər, çünki 5 Max sürətlə uçan raket eşidiləndə artıq hədəfi keçmiş olur. Lakin "HyperKelp” minlərlə ucuz buyun həm suyun üzərində, həm də altında yerləşdirilməsi planını təklif edir. Bu buylar mənbənin yerini üçbucaqlama üsulu ilə müəyyən edə bilər. Bir neçə buyun məlumatları birləşdirildikdə koordinatlar dəqiqləşir. Əgər buylar sahildən kifayət qədər uzaqda yerləşdirilsə, sistem ilkin xəbərdarlıq mexanizmi kimi işləyərək digər sensorların təhdidə yönəldilməsinə imkan verə bilər.

Şirkət qeyd edir ki, buyları məhv etmək çətindir, onlar geniş ərazidə və çoxlu sayda yerləşdirilə bilər və peyklərlə müqayisədə xeyli ucuzdur. Dünyada artıq bənzər sistemlər mövcuddur – məsələn, ABŞ-ın Sandia Milli Laboratoriyaları nüvə sınaqlarını aşkar etmək üçün qurulan beynəlxalq mikrofon şəbəkəsinin məlumatlarından istifadə edərək atmosferə qayıdan kosmik aparatı izləyib.

"The Economist” yazır ki, bu üsul hiper-səs raketləri probleminə müvəqqəti həll ola bilər. Silahlanma yarışında heç bir texnologiya uzun müddət üstün mövqedə qalmır – yeni qarşı-tədbirlərin meydana çıxması an məsələsidir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Avqust 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri