ABŞ ölkələrə yardımı dayandırdı Ermənistan isə istisna edildi
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistanla bağlı "humanitar yardım proqramları" dayandırılmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə News.am saytının sorğusuna cavab olaraq USAID-in Ermənistan missiyası məlumat verib.
ABŞ Prezidenti Donald Trampın USAID-ə ödənişləri dayandırması barədə göstəriş verdiyini xatırladan sayt qurumun İrəvandakı missiyasına Ermənistanla bağlı proqramlarının maliyyələşdirilməsinin dayandırılıb-dayandırılmadığını öyrənmək üçün sorğu göndərib.
“Dövlət katibi (Marko Rubio) həyati əhəmiyyətli humanitar yardımın göstərilməsini təsdiqləyib və xüsusi məqsədlər üçün göstərilən yardım üçün istisnalar edib. Artıq həyata keçirilən həyati əhəmiyyətli humanitar yardım proqramları (?!) davam etməli və ya davam etdirilməlidir”, - qurumdan bildirilib.
Məlumatda deyilir ki, USAID-ə istisnaların müəyyən edilməsi üçün müraciətlər daxil olur.
Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio USAID vasitəsilə əksər xarici yardım proqramların maliyyələşdirilməsinin 90 gün müddətinə dondurulması və yeni qrantların ayrılmasının dayandırılması barədə sərəncam imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 03 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















