ABŞ ölkəyə daxil olan xarici filmlərə 100 faiz vergi tətbiq edəcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 5 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ölkəyə daxil olan xarici filmlərə 100 faiz vergi tətbiq edəcəyini açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, o bildirib ki, Amerikada Kino sənayesi çox sürətlə ölür və digər ölkələr amerikalı kinorejissorlar və studiyaları ABŞ-dan uzaqlaşdırmaq üçün müxtəlif stimullaşdırıcı təkliflər edirlər. “Hollivud və ABŞ-ın bir çox digər əraziləri məhv olub. Bu, digər xalqların birgə səyi nəticəsində baş verib və deməli, milli təhlükəsizlik üçün təhdiddir. Buna görə də, mən Ticarət Departamentinə və Birləşmiş Ştatların Ticarət Nümayəndəliyinə xaricdə istehsal olunan və ölkəmizə gələn bütün filmlərə 100 faiz tarif tətbiq etmək prosesinə dərhal başlamağı tapşırıram. Biz yenə Amerikada çəkilmiş filmlər istəyirik”,- deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 05 May 2025 07:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















