ABŞ ordusu Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
ABŞ hərbi qüvvələri Karib dənizində hərəkət edən sürətli gəmiyə zərbə endirib.
Moderator.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sentyabrın 9-da SOUTHCOM-un rəhbərliyi altında Qərb Yarımkürəsinin Birləşmiş Əməliyyat Qrupu Karib dənizində qaçaqmalçılarının tez-tez istifadə etdiyi marşrut üzrə üzən sürətli gəmiyə məhvedici kinetik zərbə endirib.
Kəşfiyyat məlumatlarına əsasən, vurulan gəmi narkotik vasitələrin qanunsuz dövriyyəsində fəal şəkildə istifadə olunub.
SOUTHCOM-dan əlavə ediblər ki, keçirilmiş əməliyyat nəticəsində üç terrorçu zərərsizləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 10 Sentyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















