ABŞ ordusunda hipersəs silahı problemi yaşanır
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
ABŞ ordusu ilk Amerika hipersəs silahının silahlanmaya qəbul edilməsi üçün özü tərəfindən müəyyən edilmiş müddəti ötürüb.
"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ ordusu açıqlama yayıb.
Qeyd olunub ki, silahdan istifadə edəcək bölmə artıq təlim keçib və hazırdır, lakin 10,4 milyard dollara başa gələn raket istifadəyə tam hazır deyil.
"Ərazi üzrə tədbirlər inteqrasiya, təhlükəsizlik və hazırlıq üçün zəruri mərhələləri əhatə edir ki, hərbçilər etibarlı, davamlı və əməliyyat şəraitində effektiv sistemi əldə etsinlər. Bu mərhələlərin tamamlanması 2026-cı ilin əvvəlinə planlaşdırılıb", – deyə materialda bildirilib.
Agentliyin məlumatına görə, 2025-ci ilin dekabrında ABŞ Silahlı Qüvvələrinin nümayəndələri hipersəs silahının həmin ilin sonunda silahlanmaya qəbul ediləcəyini açıqlamışdılar, lakin ordu bu müddəti ötürüb. Bu, ABŞ ordusunun hipersəs silahını vaxtında istifadəyə verə bilmədiyi ilk hal deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Yanvar 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















