ABŞ Panama və Qrenlandiyanı güc yolu ilə nəzarətə götürəcək? Tramp açıqladı
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalı və Qrenlandiya ilə bağlı məsələlərin güc yolu ilə həllini istisna etməyib. O, güc yolunun tətbiqindən imtina edəcəyi ilə bağlı heç bir zəmanət verməyib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Floridadakı iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Xeyr, mən belə bir zəmanət verə bilmərəm. ABŞ-a iqtisadi təhlükəsizlik üçün Qrenlandiya və Panama kanalı lazımdır”, – deyə Tramp vurğulayıb.
Xatırladaq ki, daha öncə Amerika lideri ölkəsinin Panama kanalına nəzarəti bərpa etməli olduğunu bildirmiş, həmçinin Danimarka muxtariyyəti olan Qrenlandiyanın ABŞ ərazisinə birləşdirilməsindən danışmışdı.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 07 Yanvar 2025 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















