ABŞ pasportları üzərində Trampın şəkili olacaq
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
ABŞ pasportları üzərində Trampın şəkili olacaq.
Modern.az xəbər verir ki, ABŞ-nin Dövlət Departamenti ölkənin 250 illiyi münasibətilə yeni pasport dizaynı üzərində işi başa çatdırmaq üzrədir.
Məlumata görə, sənədin dizaynına ABŞ-nin Prezidenti Donald Trampın təsvirinin daxil edilməsi ehtimalı nəzərdən keçirilir. Bu barədə “The Bulwark” nəşri yazıb.
Bildirilir ki, 25 min nüsxə ilə məhdud tirajın buraxılması müzakirə olunur. Təklif edilən dizayna əsasən, pasportun daxilində ənənəvi vizual elementlər əvəzinə Trampın portreti və imzası yerləşdirilə bilər.
Ekspertlər bu təşəbbüsü presedentsiz adlandırırlar. Qeyd olunur ki, müasir pasportlarda fəaliyyətdə olan və ya yaxın dövrdə hakimiyyətdə olmuş liderlərin təsvirindən istifadə olunmur.
Hazırda layihə yekun təsdiq mərhələsini gözləyir. Trampın portretinin son dizayna daxil ediləcəyi ilə bağlı isə hələlik rəsmi təsdiq verilməyib.
Baxış sayı:127
Bu xəbər 29 Aprel 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















