ABŞ Prezidenti İrana İbrahim razılaşmalarına qoşulmağa icazə verdi
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrailin baş naziri Benyamin Netanyahu ilə mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, İranın İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim sazişlərinə qoşulmasını istisna etmir.
Teleqraf xəbər verir ki, Amerika lideri Vaşinqtonun İranla münasibətləri bərpa etməyə ümid etdiyini də vurğulayıb:
“Və kim bilir, bəlkə hətta İran da müqavilələrə qoşula biləcək. Mən həqiqətən onun iştirakçı ola biləcəyinə inanıram”.
Avqustun 7-də ABŞ prezidenti bütün Yaxın Şərq ölkələrini İsraillə münasibətlərin yaxşılaşdırılmasını nəzərdə tutan İbrahim razılaşmalarına qoşulmağa çağırıb. Onun sözlərinə görə, indi İranın nüvə arsenalı "tamamilə məhv edilib" və Yaxın Şərqdəki bütün ölkələrin İbrahim razılaşmalarına qoşulması ABŞ üçün çox vacibdir.
Tramp İbrahim sazişlərini birinci müddətinin (2017-2021) əsas nailiyyətlərindən biri adlandırıb. 2020-ci ildə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş İsraillə münasibətləri normallaşdırıb. 2021-ci ildə Sudan İsraillə diplomatik əlaqələr qurduğunu elan etdi. Əvvəllər İsrail ərəb dövlətləri arasında yalnız Misir və İordaniya ilə diplomatik əlaqələrə malik idi.


