ABŞ Prezidenti: İranla sazişin təfərrüatları tezliklə açıqlanacaq
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 24 may, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp bu gün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə telefonla danışıb.
AZƏRTAC xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, zəng zamanı İranla sülhə dair Anlaşma Memorandumu ilə bağlı bütün məsələlərlər müzakirə olunub.
“Saziş əsasən razılaşdırılıb və prosesin ABŞ, İran və digər ölkələr arasında tam yekunlaşması həyata keçirilir. Ayrıca İsrailin Baş naziri Benyamin Netanyahu ilə də çox yaxşı danışıq apardım. Sazişin son aspektləri və təfərrüatları hazırda müzakirə edilir və tezliklə açıqlanacaq. Hörmüz boğazı da açılacaq”,- deyə Donald Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 24 May 2026 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















