Icma.az
close
up
RU
ABŞ prezidenti Tramp ikitərəfli tarifləri açıqlayıb

ABŞ prezidenti Tramp ikitərəfli tarifləri açıqlayıb

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp sabahdan etibarən ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və əsas tarif dərəcəsinin yüzdə 10 olacağını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Tramp Ağ Evdə digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcək sərəncam imzalayıb.

ABŞ prezidenti Tramp buradakı çıxışında bu günü çoxdan gözlənilən “qurtuluş günü” kimi xarakterizə edərək: “Ölkəmiz və vergi ödəyicilərimiz 50 ildən artıqdır istismar olunur, lakin bundan sonra buna icazə verilməyəcək”, - deyib.

Bu günün ABŞ tarixinin ən mühüm günlərindən biri olduğunu vurğulayan Tramp: "Bu, bizim iqtisadi müstəqillik bəyannaməmizdir", - deyə qeyd edib.

Xarici ticarət maneələrini aradan qaldıracaqlarını deyən Tramp, son nəticədə bunun daha çox yerli istehsal, daha güclü rəqabət və istehlakçılar üçün qiymətlərin aşağı düşməsi demək olacağını bildirib.

Xroniki ticarət kəsirlərini iqtisadi bir problem deyil, ABŞ-ın təhlükəsizliyini təhdid edən milli fövqəladə hal kimi xarakterizə edən Tramp bunun ölkə üçün böyük təhlükə olduğunu vurğulayıb.

Tramp sabahdan etibarən ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini bildirərək: "Minimum əsas tarif dərəcəsini 10 faiz olaraq təyin edəcəyik", - deyib.

Tramp həmçinin xatırladıb ki, bu gecə yarısından etibarən ölkəyə gətirilən avtomobillərə 25 faizlik gömrük rüsumu qüvvəyə minəcək.

ABŞ prezidenti Trampın imzaladığı fərman ABŞ-ın bir çox ticarət tərəfdaşlarına tariflərin tətbiqini nəzərdə tutur. Tarif dərəcələri 10 faizdən 50 faizə qədər dəyişir.

Bu çərçivədə Avropa Birliyinə 20 faiz, Çinə 34 faiz, Vyetnama 46 faiz, Tayvana 32 faiz, Yaponiyaya 24 faiz, Hindistana 26 faiz, Cənubi Koreyaya 25 faiz, Taylanda 36 faiz, İsveçrəyə 32 faiz, İndoneziyaya 32, Malayya, İndoneziyaya 32 faiz, Malayziya 32%, Cənubi Afrikaya 39%, Banqladeşə 37 faiz, İsrail üçün isə 17 faiz rüsum tətbiq edilməsi planlaşdırılır.

Türkiyə, Böyük Britaniya, Braziliya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Yeni Zelandiya, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi ölkələr üçün 10 faiz gömrük rüsumu nəzərdə tutulur.

Ağ Evdən edilən açıqlamada, ABŞ prezidenti Trampın 1977-ci ildə qəbul edilmiş Beynəlxalq Fövqəladə İqtisadi Güclər Aktı (IEEPA) çərçivəsində səlahiyyətindən istifadə edərək, ölkənin ticarət əlaqələrində qarşılıqlılığın olmaması, valyuta manipulyasiyası və digər ölkələr tərəfindən qorunan yüksək əlavə dəyər vergiləri kimi siyasətlərin səbəb olduğu ticarət kəsirinə qarşı tədbirlər gördüyü bildirilib.

Bu çərçivədə, bütün ölkələrə tətbiq edilən 10 faizlik əsas gömrük rüsumunun aprelin 5-də, ölkələr üçün xüsusi olaraq müəyyən edilən yüksək tariflərin isə aprelin 9-da qüvvəyə minəcəyi bildirilib. Bəyanatda, bu tariflərin ticarət kəsirindən qaynaqlanan təhlükənin aradan qaldırıldığı və ya yumşaldıldığı müəyyən edilənə qədər qüvvədə qalacağı vurğulanıb.

Açıqlamada fentanil və immiqrasiya böhranı səbəbiylə Kanada və Meksikaya tətbiq edilən tariflərin müvafiq qərarlara uyğun olaraq qüvvədə qalacağı, ABŞ-Meksika-Kanada Müqaviləsi ilə uyğun gələn malların da istisna edilməyə davam ediləcəyi bildirilib.

Açıqlamada, sektor tariflərinin açıqlandığı polad, alüminium, avtomobil, mis, yarımkeçiricilər və taxta-şalban kimi məhsulların, həmçinin ABŞ-da tapılmayan enerji və bəzi mineralların qarşılıqlı tarif razılaşmalarından azad ediləcəyi bildirilib.

ABŞ-ın əmtəə ticarəti kəsirinin keçən il 1,2 trilyon dolları keçdiyinə diqqət çəkən açıqlamada, ABŞ-ın 2001-ci ildə yüzdə 28,4 olan qlobal istehsaldakı payının 2023-cü ildə yüzdə 17,4-ə düşəcəyi paylaşılıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Aprel 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri