ABŞ prinsiplərimizi anladı, indi qərar verməlidir
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İslamabadda danışıqlarda ABŞ tərəfi İran nümayəndə heyətinin etimadını qazana bilmədi.
“Tasnim” xəbər verir ki, bunu İslamabadda İran nümayəndə heyətinə rəhbərlik etmiş parlamentin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
“Danışıqlardan əvvəl vurğulamışdım ki, bizim xoş niyyətimiz və lazımi iradəmiz var, lakin əvvəlki iki müharibənin təcrübəsinə görə qarşı tərəfə etibar etmirik. İran nümayəndə heyətindəki həmkarlarım irəliyə yönəlmiş 168 təşəbbüs irəli sürdülər, lakin qarşı tərəf bu danışıqlar raundunda sonda İran nümayəndə heyətinin etimadını qazana bilmədi. ABŞ bizim məntiq və prinsiplərimizi anladı və indi qərar verməlidir. Biz hər zaman diplomatiyanı, hərbi mübarizə ilə yanaşı, İran xalqının hüquqlarının təmin olunması üçün digər bir vasitə kimi qiymətləndiririk və İran xalqının 40 günlük milli müdafiə nailiyyətlərinin möhkəmləndirilməsi istiqamətində səylərimizi bir an belə dayandırmayacağıq. Danışıqlar prosesinin asanlaşdırılmasında dost və qardaş Pakistanın səylərini yüksək qiymətləndiririk”, – deyə Məhəmməd Baqir Qalibaf qeyd edib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 12 Aprel 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















